|
Pakistanda terrorçu-kamikadzenin hücumu nəticəsində 4 hərbçi ölüb

Pakistanın cənub-qərb bölgəsində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 4 hərbçi ölüb, 6-sı yaralanıb.

APA-nın Sinxua agentliyinə istinaən verdiyi xəbərə görə, terrorçu-kamikadze Kvetta şəhərində hərbi düşərgəyə hücum edib. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir neçəsinin ağır vəziyyətdə olduğu bildirilir.

Bundan əvvəl Kvetta şəhərində silahlılar polis karvanına hücum edib, nəticədə 2 asayiş keşikçisi həyatını itirib. Hücuma görə məsuliyyəti “Tehrik-i-Taliban Pakistan” ("Pakistan talibləri hərəkatı") qruplaşması öz üzərinə götürüb.