|
Əfqanıstanda avtobusa hücum oldu, 19 sərnişin oğurlandı

Əfqanıstanın cənubunda avtobusa "Taliban" radikal qruplaşması tərəfindən hücum olub.

Trend-in məlumatına görə, avtobusa hücum edən silahlılar 19 sərnişini oğurlayıb.

 

Məlumata görə, avtobus Kandaqardan Uruzqana hərəkət edirmiş.

Kandaqar polisi məlumatı təsdiqləyib.