|
İstanbul derbisinin hakimi müəyyənləşdi

Türkiyə kubokunun yarımfinalında keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" oyununun hakimi bəlli olub.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul derbisini Fırat Aydınus idarə edəcək.

Qeyd edək ki, martın 1-də keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq