|
Kənandan xanımına romantik ad günü ismarışı

Müğənni Kənan Doğulu aktrisa həyat yoldaşı Beren Saatın ad gününü qeyd edib.
İfaçı 34 yaşını qeyd edən aktrisaya romantik ismarış yazıb. O, sosial şəbəkədə Berenlə fotosunu paylaşaraq bunları qeyd edib:
“Sən bu dünyaya hədiyyə kimi doğulmuş çox özəl ruhsan, canım sevgilim. Gözümdə bir əzizə, qəlbimdə atəşsən. Yaxşı ki, varsan”.