|
Çindən İtaliyaya gedən qatar Azərbaycandan keçəcək

Çin sayca mininci yük qatarını Çin-Avropa marşrutu ilə yola salıb.

Trend-in məlumatına, qatar Sintszyan-Uyğur muxtar rayonundan yola düşüb.

 

Azərbaycan ərazisindən keçəcək qatar Xəzər dənizində Ro-Ro tipli gəmi ilə Ələt Beynəlxalq dəniz ticarət limanına gələcək və oradan Gürcüstana yola düşəcək. Qatar vasitəsilə Neapol şəhərinə yük çatdırılacaq.

10,5 min kilometrlik məsafənin 25 günə qət olunacağı nəzərdə tutulur.