Aparıcı-prodüser Acun İlıcalının həyat yoldaşı Şeyma Subaşı moda dəfiləsində kameralara tuş gəlib.
Aparıcının xanımı gecəyə “Off-White” brendindən çəhrayı libas geyinib. Eyni paltarın 9 ay əvvəl fələstinli model Bella Hadid tərəfindən də geyildiyi məlum olub. Bella həmin libası ötən həftə Nyu-Yorkdakı dəfilə zamanı geyinmişdi. Paltarın qiyməti 3 min 300 manatdır.
Sosial şəbəkə istifadəçiləri libasın daha çox Bella Hadidə yaraşdığını bildiriblər. 

