|
Makron aprelin sonunda ABŞ-a səfər edəcək

Fransa prezidenti Emmanuel Makron aprel ayının 24-ü Vaşinqtona dövlət səfəri edəcək.

Trend-in məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Sara Sandes jurnalistlərə bildirib.

 

S.Sanders deyib: "ABŞ prezidenti və xanımı aprelin 24-ü Ağ Evdə Fransa prezidenti Emmanuel Makronu və xanımnı qəbul edəcəklər. Bu səfər iqtisadi və qlobal məsələlər üzrə Amerika və Fransa arasında əməkdaşlığın inkişafına, ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə kömək edəcək".