|
Meksikada kazinoda partlayış baş verib

Meksikanın Tixuana şəhərində yerləşən kazinoda partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışa səbəb qazın sızması və qaynaq işləri zamanı alovlanması olub. Kazinodan və yaxınlıqda yerləşən binalardan 600-ə yaxın insan təxliyyə edilib.

Hadisə nəticəsində bir işçi ciddi yanıq xəsarəti alıb, onun vəziyyəti ağırdır.