|
İstanbul polisi səhəri 05:30-da əməliyyatla açdı

İstanbul polisi səhər saatlarında narkotacirlərə qarşı geniş əməliyyata başlayıb.

Trend-in məlumatına görə, əməliyyat barədə İstanbul Polis İdarəsi xəbər yayıb.

Məlumatda qeyd olunur ki, əməliyyat yerli vaxtla saat 05:30-da başlayıb.

 

Əməliyyat çərçivəsində artıq 20 narkotik alverçisinin saxlanıldığı bildirilib.

Daha öncə 2017-ci ildə keçirilən əməliyyatlar çərçivəsində Türkiyədə ümumilikdə 20 min ton heroin müsadirə olunduğu bildirilib.