|
Bakıda mənzildə 52 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Kərimov Niyazi Şəmsəddin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.