Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz Ermənistan Respublikası birlikləri tərəfindən, 26 Fevral 1992 tarixində Azərbaycanın Yuxarı Qarabağ bölgəsində Xocalı şəhərində edilən qırğınla əlaqədar açıqlama verib.
Cia.az trend-ə istinadən xəbər verir ki, açıqlamada bu ifadələrə yer verilib:
"Sevinciylə sevindiyimiz, kədəri ilə kədərləndiyimiz, iki dövlət tək millət olduğumuz qardaş Azərbaycanımızın, 26 il əvvəl ermənilər tərəfindən vəhşicəsinə öldürülən Xocalı şəhidlərimizə Allahdan rəhmət, azərbaycanlı qardaşlarımıza baş sağlığı diliyirəm.Ən qısa zamanda 3 rəngli bayrağın Qarabağda dalğalanmasını ümid edirəm ...
Ermənistan hərbi birləşmələri 26 fevral 1992-ci ildə 7 min əhalisi olan Xocalı şəhərində soyqırım gerçəkləşdirib. Qanlı qırğın zamanı 613 nəfər öldürülüb, min adam aldığı güllə yaraları nəticəsində əlil olub. Qanlı faciədə 106 qadın, 63 uşaq 70 yaşlı insan öldürülüb. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynindən məhrum olub. Xocalı Soyqərəmənda 1275 adam əsir alınıb. Onlardan 150-dən bu vaxta qədər heç bir xəbər yoxdur.
Bütün bunlar erməni əsgərləri tərəfindən xüsusi qəddarlıqla və məntiqsiz dərəcədə vəhşiliklə həyata keçirilib. Xocalıya edilən hücum zamanı mayor Seyran Ohanyan əmrindəki Sovet ordusuna mənsub 366-cı alayın 2-ci taboru, Yevgeni Nobikixin əmrində 3cü tabor, o cümlədən50-dən çox erməni zabit və gizir iştirak edib.
Şəhər əhalisi hücumlardan qaçarkən əvvəlcədən qurulan pusqu ilə qətlə yetirilib.
Rusiya "Memorial" hüquq müdafiə mərkəzinin məlumatlarına görə, 4 gün içində yalnız Ağdama Xocalıda öldürülmüş 200 azərbaycanlının cəsədi gətirilib.
Cəsədlərin üzərində onlara yönəlik təhqir izlərinə rastlanıb.
181 meyid üzərində edilən tibb ekspertizasında (13 uşaq, 130 kişi və 51 qadın) 151 adamın güllə yaralanması, 20 nəfərin şrapnel mərmisinə tuş gəlməsi, 10 adamın isə əzici alət yaraları nəticəsində öldürüldükləri təsbit olunub.
Ermənilər sağ qalmış insanlar üzərində, baş dərisini soymaq, baş və digər orqanlarını kəsmək, uşaqların gözlərini çıxarmaq, hamilə qadınlarının qarınlarını deşmək kimi ağlasığmaz vəhşiliyə imza atıblar.
Bu cür qəddarcasına həyata keçrilən qətliam, rus, gürcü, ingilis, alman və digər ölkələrdən olan hadisə şahidi jurnalistləri şok edib.
Bu gün Ermənistanın dövlət rəhbərliyində olan Seyran Ohanyan, Serj Sərkisyan və Robert Köçəryan yaşanan soyqırımın günahkarları kimi beynəlxalq məhkəmənin önünə çıxarılmalıdır.
Xocalı soyqırımı artıq dünyanın bir neçə ölkəsinin parlamenti tərəfindən tanınır.
