Tanınmış böyük britaniyalı ifaçı Coss Stoun “Ümumi dünya turu” çərçivəsində ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək.
Təşkilatçılar AZƏRTAC-a bildiriblər ki, “Live in the Land of Fire” adlı konsert proqramı martın 3-də “The Landmark”ın Rotunda Cazz klubunda keçiriləcək. Konsertin əsas missiyası planetimizin hər bir ölkəsində universal musiqi dilini anlamaq və öyrənməkdir. R&B və reqqi janrların sintezini edən Coss Stone 12 illik karyerası çərçivəsində ifa etdiyi müxtəlif mahnıları ilə yanaşı, klassik musiqiləri və yeni yazılmış musiqiləri ifa edəcək.
Martın 4-də dünya şöhrətli ifaçı yerli musiqiçilər ilə görüşəcək.
Bakıya səfəri çərçivəsində Coss Stoun, həmçinin yerli xeyriyyə təşkilatları ilə də görüşməyi planlaşdırır.
