|
Lesterdə partlayışda ölənlər var - 4 nəfər

Ötən gün axşam saatlarında Böyük Britaniyada baş vermiş partlayış barədə yeni xəbər yayılıb. Trend-in məlumatına görə, Lester şəhərində baş vermiş güclü partlayışda 4 nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılmışdı.

 Yerli hüquq-mühafizə orqanlarının "Twitter" səhifəsində isə partlayış nəticəsində 4 nəfərin ölməsi barədə məlumat verilib.

Partlayışın necə baş verməsi barədə başqa detallar məlum deyil. Polis araşdırmaya başlayıb.