|
Salyanda 56 yaşlı kişi su kanalında boğularaq ölüb

Salyan rayonunda 56 yaşlı kişi su kanalında boğularaq ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonunun Varlı kəndində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Cəfər Xudam oğlu Cəfərov su kanalına düşərək boğulub.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.