|
Qatı duman Cəlilabadda yol qəzasına səbəb olub, 5 nəfər xəsarət alıb

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, Ələt-Astara magistralının rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Nəıticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.