Türkiyədə marketə girən 3 oğru marketin sahibini güllələdikdən sonra kassanı soyub qaçıb.
Musavat.com-un məlumatına görə, hadisə axşam saatlarında, Tuzla rayonunun Aydınlı məhəlləsində baş verib. İddiaya görə, marketə girən 3 oğru işyerinin sahibi Süleyman İldağdan kassada olan pulları istəyib. Pulları vermək istəməyən müdirlə oğrular arasında əlbəyaxa dava baş verib. Bu zaman oğrulardan biri Süleyman İldağı silahla vuraraq ayağından yaralayıb.
Daha sonra kassanı soyan oğrular hadisə yerindən qaçıblar. Yaxındakıların köməkliyi ilə yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə çağırılan polislər şübhəlilərin tutulması üçün hərəkətə keçib.
