|
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda xəsaərtlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Abulbəyli kənd sakini 1981-ci il təvəllüdlü Yusibov Cavanşir xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yarıdm göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.