|
Özcan Dənizdən anasına 2,5 milyonluq hədiyyə

Aktyor və rejissor Özcan Dəniz anası Kadriye Dənizə ev alıb.
Zekeriyaköydə yerləşən villaya aktyor 2,5 milyon lirə pul xərcləyib.
Bildirilir ki, Özcan 7 aylıq hamilə sevgilisi Feyza Aktanla da həmin ərazidə yaşayır. Onun anasına yaxınlıqda ev almasının səbəbi də Feyzanın uşaq dünyaya gətirdikdən sonra tək qalmamasıdır.