|
Slovakiyada avtomobil piyadaları vurub, 12 nəfər xəsarət alıb

Slovakiyanın Poprad şəhəri yaxınlığında minik avtomobili 5-12 yaşlarında olan bir qrup uşaqlara çırpılıb.

Trend-in RİA Novosti-yə istinaən verdiyi məlumata əsasən, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

 

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, 4 nəfərin – orta ağır, qalanların isə yüngüldür.