|
"Amrahbank" Banklar Assosiasiyası ilə birlikdə “Maliyyə Savadlılığı və təhsilə dəstək” layihəsinə start verib

Fevralın 21-dən Amrahbank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə təlimlərə başlanılıb.

Bankdan Trend-ə verilən məlumata görə, maliyyə mövzuları üzrə təlimlər Azərbaycanın bütün universitetlərinin tələbələri üçün nəzərdə tutulub. Azərbaycan Kooperasiya Universitetinin tələbələri ilkin olaraq təlim layihəsinə cəlb olunub. Təlimlər “Amrahbank”ın baş ofisində həyata keçirilib. Təlimdə iştirak edən 15 iştirakçı plastik kartlarla əlaqəli mövzuda biliklərini bir daha təkmilləşdiriblər. “Amrahbank”ın peşəkar əməkdaşları tərəfindən tələbələrə plastik kartlarla əməliyyatlara aid aktual mövzu üzrə məlumatlar verilib.

Tədbir maraqlı müzakirələrlə yadda qaldı, layihə iştirakçılarına Amrahbank və ABA-nın nümayəndələri tərəfindən təhsil, təcrübə proqramları və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verilib.

Qeyd edək ki, bu layihənin il ərzində silsilə şəklində davam edəcəyi nəzərdə tutulub.