|
Bu gün bu filmlərə baxmaq pulsuzdur

Xocalı faciəsinin 23-cü ildönümündə Nizami Kino Mərkəzi repertuarda bəzi dəyişikliklər edəcək.

ANS PRESS-in məlumatına görə, hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş filmlərin pulsuz nümayişi təşkil ediləcək.

Bu barədə məlumatı Nizami Kino Mərkəzinin mətbuat xidməti yayıb.

Fevralın 26-dan səhər saat 10-dan 19-dək Nizami Kino Mərkəzində Vahid Mustafa Yevin "Xoca", Elxan Cəfərovun "Dolu", gənc rejissor Elvin Abdullayevin "Məriz" qısametrajlı filmi və milli qəhrəmanlar haqqında çəkilən sənədli filmləri gün ərzində tamaşaçılara təqdim ediləcək.