|
Baş nazir qərargahda şükr namazı qıldı

Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 21-dən 22-nə keçən gecə Baş qərargahda şükr namazı qılıb. ANS PRESS-in məlumatına görə, bu, Süleyman şahın nəşinin köçürüləcəyi hərbi əməliyyatın keçirildiyi gecədir. Bildirilir ki, baş nazir və baş qərargah rəisi həmin əməliyyatı qərargah mərkəzindən idarə edib. 

9.5 saat davam edən əməliyyat müddətində isə Davudoğlunun sadəcə 3 dəfə otaqdan çıxdığı bildirilir. 

Baş nazir ilk dəfə otaqdan çıxarkən komandirin otağında baş qəraragah rəisi general Necdet Özelle xüsusi görüşüb. 

İkinci dəfə sübh namazını qılmaq üçün otaqdan çıxan baş nazir əməliyyat başa çatarkən üçüncü dəfə şükr namazı qılmaq üçün otaqdan çıxıb. 

Namaz qılaraq dua edən Əhməd Davudoğlu baş qərargahda namaz qılan baş nazir kimi tarixə düşüb.