|
"Qəbələ"nin sabiq futbolçusu Serbiya klubunda

"Qəbələ" və "Kəpəz"in sabiq futbolçusu Lyubo Baraninin yeni klubu  müəyyənləşib. 
Serbiyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 
Malayziyanın "Kuantan" klubundan ayrılan 31 yaşlı yarımmüdafiəçi "Dinamo" ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Baranin 2009-12-ci illərdə "Qəbələ"də çıxış edib. 2012-ci ildə isə qısa müddət “Kəpəz”də oynayıb.