|
Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək

Milli Məclisin deputatı Sahibə Qafarova fevralın 23-dən martın 1-dək Türkiyədə səfərdə olacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, səfərin məqsədi Azərbaycan-Türkiyə-Gürcüstan Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etməkdir.

Ankarada keçiriləcək görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, parlamentlər səviyyəsində əlaqələr, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılacaq.