|
Əfqanıstanda hoteldə PARTLAYIŞ

Əfqanıstanın şimalında güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partrlayış Cəlilabad şəhərində hotellərin birində ikinci mərtəbədə qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində 3 nəfər həlak olub. Daha 2 nəfərin yaralandığı bildirilir.

 

Partlayışın detalları barədə məlumat verilməyib.

Hazırda hotelin ərazisi polis və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.