Didye Droqbanın oğlu İsak Droqba karyerasını Fransada davam etdirəcək.
Qol.az-ın məlumatına görə, 17 yaşlı futbolçu “Genqam”da çıxış edəcək.
Klubun rəsmi saytı gənc hücumçu ilə müqavilə imzalandığını açıqlayıb. Sözləşmənin müddəti haqqında məlumat verilməyib.
“Çelsi”nin yetirməsi olan İsak “Genqam”ın U-19 komandasında oynayacaq
