|
"Mançester Siti" aşağı liqa klubuna uduzub, kubokla vidalaşdı

İngiltərə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, bu gün “Mançester Siti” aşağı liqa təmsilçisi “Uiqan”ın qonağı olub.

Görüş gözlənilməz nəticə ilə tamamlanıb. Meydan sahibləri 1:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. Premyer Liqanın lideri isə turnirlə vidalaşıb.

“Uiqan” – “Mançester Siti” – 1:0
Qol:
 Qriqq, 79
Qırmızı vərəqə: Delf, 45+2 ("Mançester Siti)