|
İsrail aviasiyası Qəzza zolağına hava zərbələri endirib

İsrail aviasiyası Qəzza zolağında yerləşən HƏMAS mövqelərinə hava zərbələri endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat-xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir: "İsrail müdafiə ordusu raket atəşinə cavab olaraq Qəzza zolağının cənub hissəsində yeraltı infrastruktura hava zərbələri endirib".

Qeyd edək ki, ötən gün Qəzza zolağından İsrail ərazisinə iki raket buraxılıb.