|
Qəzza zolağından İsrailə raket atılıb

Qəzza zolağından İsrail istiqamətində raket atılıb.

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.

Fevralın 17-də Qəzza zolağından atılan raket İsrailin cənubunda yaşayış evinin damına düşüb. Mərmi partlamayıb. İsrail hərbçiləri buna cavab olaraq silahlıların Qəzzadakı mövqelərinə zərbələr endirib. Qeyd edək ki, ABŞ-ın Qüdslə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.