Dubaydan Amsterdama uçan “Transavia Airlines” hava şirkətinin təyyarəsi təcili surətdə Vyanada enmək məcburiyyətində qalıb. Buna səbəb sərnişinlərdən birinin havanı korlaması olub.
Yayılan xəbərə görə, kişinin yanında oturan sərnişinlər ondan hörmətsizlik etməməsi, qaydalara riayət etməsini xahiş etsələr də, o, buna məhəl qoymayıb. Ekipaj heyəti də nəsə bir ölçü götürməkdən imtina ediblər. Nəticədə kişilər arasında öncə söz atışması, sonra isə ciddi dava başlanıb. Nəticədə pilot təcili enmək barədə qərar qəbul edib.
Yerə enən kimi polis sərhəd köpəkləri ilə birgə borta gəlib və reysdən iki bacını və iki kişini götürüb. Qadınlar isə firmanı məhkəməyə verməyə hazırlaşırlar. Dediklərinə görə, onların bu davaya heç bir aidiyyəti olmasa da, dava edən kişilərlə yanaşı oturduqları üçün onları da təyyarədən endiriblər.
Daha sonra saxlanılan 4 nəfərin hər biri azad edilib. Çünki onların heç birinin Avstriya qanunlarını pozmadıqları üzə çıxıb. Buna baxmayaraq, “Transavia” şirkəti onlara aviakampaniyanın təyyarələri ilə uçmağı da qadağan edib.
