Rusiyalı müğənni Keti Topuriyanın ana olacağı haqda xəbərlər yayılıb.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ifaçı uzun müddətdir bununla bağlı ünvanlanan sualları cavabsız qoyurdu. Amma Ketinin yaxın dostu, müğənni-bəstəkar Emin onun sirrini açıb.
Belə ki, Emin verilişlərin birində “Yaxın dostunuz Topuriya sizi 23 fevral münasibətilə təbrik edibmi” sualına belə cavab verib:
“Yox. Hamilədir... Yəqin bu təsir edib, yaddaşında problem yaranıb”.
Qeyd edək ki, K.Topuriya iş adamı Ler Qeyxmanla ailəlidir. Sənətçinin ondan əvvəlki nikahından Sonya adlı qızı var. İfaçının ötən ilin dekabrından hamilə olduğu deyilir.
