Daşkəsən rayon sakini avtomobilini yandırıb.
"Report"un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə, Daşkəsən rayon sakini, 1986-ci il təvəllüdlü Samir İsayev ona məxsus "VAZ-2106" markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün anasının etirazı ilə qarşılaşıb. Buna əsəbiləşən sürücü avtomobilini yandırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və artıq yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
