|
Banu Alkan ərə gedir

“Yeşilçam” ulduzu Banu Alkan ərə getməyə hazırlaşır. 
Aktrisa İzmirdə gəlinliklərin hazırlandığı moda evlərindən birinin açılışına qatılıb. O, jurnalistlərlə söhbətində tezliklə ərə gedəcəyini deyib:
“Gəlinlikləri çox bəyəndim. Amma yenə də sevgilimdən soruşmalıyam, hansı gözəldir. Los-Ancelesdəki bəy namizədinə zəng vuraq”. Banu Amerikadakı sevgilisinin adını açıqlamayıb.