|
USAID rəsmisi Azərbaycana səfərə gələcək

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya Bürosu rəhbərinin köməkçisi Brok Birman regional səfərləri çərçivəsində Azərbaycana da gələcək.

Trend-in məlumatına görə, B.Birmanın regiona səfərləri fevralın 14-dən martın 8-dək davam edəcək.

Bildirilir ki, səfəri zamanı o, USAID-in dəstəklədiyi proqramların nümayəndələri ilə və ölkənin rəsmi şəxsləri görüşlər keçirəcək.

Qeyd edək ki, B.Birman daha sonra Gürcüstana səfər edəcək.