|
Yeniyetmələr üçün islah mərkəzində yanğın:

Peruda yeniyetmələr üçün islah mərkəzində yanğın nəticəsində 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə Truxilyo şəhərində qeydə alınıb.

 

Mərkəzin direktoru Xulio Maqananın sözlərinə görə, yanğın rəqib məhbus qruplaşmaları arasında toqquşmadan sonra başlayıb.

Hal-hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.