|
Azərbaycanda bu bankın rəhbərliyində dəyişikliklər gözlənilir

"Unibank"ın Müşahidə Şurasının tərkibində dəyişikliklər gözlənilir.

Trend-in məlumatına görə, bu məsələ fevralın 22-də bankın səhmdarlarının yığıncağında müzakirə olunacaq.

 

Hazırda Müşahidə Şurasına sədr Eldar Qəribov, sədr müavini Emin Quliyev, üzvlər Zoltan Salai, Elxan Qəribli və Mixael Noymer daxildir.