|
"Çox çılğınam"

Əməkdar artist Rəhman Rəhmanov ailə quranlar arasındakı yaş fərqindən danışıb.

Axşam.az-ın məlumatına görə, “Yeri gəlmişkən” verilişinə açıqlama verən aktyor həyat yoldaşının ondan böyük olduğunu bildirib:

“Qadınla kişi arasında ən çox 5 yaş fərq olmalıdır. 20 yaş fərqi olanların fikirləri üst-üstə düşə bilməz. Bütün müsəlman aləmi xoşlayır ki, kişi qadından böyük olsun. Amma qadının yaşının çox olması daha yaxşıdır. Xanım kişini müdrikləşdirməlidir. Həyat yoldaşımla mənim aramda 2 yaş fərq var. O, məndən böyükdür. Bu gözəl əlamətdir. Çox çılğınam. Xanımım mənə həmişə ağıllı məsləhətlər verir”.