|
Amerikalı qadın qaçırıldı

Nigeriyada xristian missiyasında çalışan ABŞ vətəndaşı maskalı silahlılar tərəfindən qaçırılıb.

ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, Filis Sortor adlı qadını Koqi ştatında olan “Ümid Akademiyası” düşərgəsindən qaçırıblar.

Polis cinayətin girov müqabilində pul istənməsi niyyəti ilə həyata keçirildiyi qənaətindədir.

Bundan əvvəl xəbər gəlmişdi ki, Yəmənin paytaxtı Sanada naməlum şəxslər Fransa vətəndaşını qaçırıb.