|
Xudatda 31 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb

Xudatda intihar faktı qeydə alınıb.

 APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər sakini, 1987-ci il təvəllüdlü Əhmədov İmran Sərdar oğlu özünü bıçaqlayaraq öldürüb.

 Onun ruhi xəstə olduğu bildirilir.

 Faktla bağlı araşdırmalar aparılır.