|
ÇL-də sabahkı oyunlara hakim təyinatları

Çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək ilk oyunlara hakim təyinatları açıqlanıb. Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə edilib: "Bazel" - "Mançester Siti" Hakimlər: Yunas Eriksson, Matias Klasenius, Daniel Vernmark, Mehmet Kulum Köməkçi hakimlər: Andreas Ekberq, Stefan Yuhannesson (hamısı İsveç) "Yuventus" - "Tottenhem" Hakimlər: Feliks Brix, Mark Borş, Ştefan Lupp, Markus Heker Köməkçi hakimlər: Bastian Dankert, Marko Fritç (hamısı Almaniya) Qeyd edək ki, hər iki qarşılaşma sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq