|
Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin olunub - KİM?

Mustafa Abbasbəyli Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri təyin olunub.

Bu barədə Trend-ə Assosiasiyadan məlumat verilib.

 

Bildirilir ki, bu qərar assosiasiya təsisçilərinin ümumi iclasında qəbul edilib.

Məlumata görə, M.Abbasbəyli fevral ayının 9-dan vəzifələrinin icrasına başlayıb.