|
Rusiyada helikopter qəzası -

Rusiyanın Tomsk vilayətində helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi rəsmi xəbər yayıb.

 

Məlumata görə, “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 2 heyət üzvü ölüb. Daha 4 nəfər yaralandığı bildirilir.

Helikopterin hansı səbəbdən qəzaya uğraması məlum deyil. Hadisə yerində araşdırma aparılır.