Azərbaycan Mərkəzi Bankı 2017-ci ilin yekunlarına əsasən ölkənin tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ümumi daxili məhsulun 5 faizi həcmində gözləyir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O vurğulayıb ki, bu müsbət trend 2018-ci ildə də saxlanacaq.
