|
Bitkoin yenə "havaya" qalxır - 8 min dolları keçdi

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin son ucuzlaşmadan sonra qiymətini artırmağa başlayıb.

Trend-in məlumatına görə, indi bitkoinin qiyməti təqribən 8,5 min dollar təşkil edir. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 4,65% və ya 8,515 min dollaradək bahalaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 4,4% və ya 847,68 dollaradək, "Ripple" 11,4% (1,06 dollara qədər) bahalaşıb, "Bitcoin Cash" isə 4,3% (1 265,85 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 417,97 milyard dollar təşkil edir. Bu göstəricinin 34 faizi bitkoinin payına düşür.