|
Avstraliyada 130 min ev işıqsız qalıb

Avstraliyanın Kvinslend ştatında hava şəraitinin pis olması səbəbindən 130 mindən artıq ev işıqsız qalıb.

Trend-in məlumatına görə, güclü yağışlar və külək Kvinslendin cənub-şərq hissəsinə, Brisben ştatının paytaxtına və Loqan şəhərinə daha çox zərər vurub.

"Energex" enerji şirkətinin nümayəndəsi bildirib ki, əməkdaşlar havanın pis olması səbəbindən elektrik xətlərinin təmirinə başlamayıblar.