|
Göygöldə qadın özünü asıb

Göygöldə intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Fadilli kəndində baş verib. Kənd sakini 1944-cü il təvəllüdlü Məsimova Salatın Əşrəf qızı yaşadığı evdə özünü asaraq intihar edib. Onun xeyli vaxtdır ki xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.