|
Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş balıq ovu turniri keçiriləcək

Azərbaycan Balıqçılar İttifaqı 2016-cı ilin aprel şəhidlərinin xatirəsinə həsr olunmuş turnir təşkil edir. Musavat.com xəbər verir ki, bu haqda qrup rəhbərliyi artıq təşkilati işlərə, iştirakçıların qeydiyyatına başlayıb. 

İttifaqın rəhbəri Əfqan Əliyev bildirib ki, həvəskar balıqçıların şəhidlərin xatirəsinə həsr etdiyi yarış aprelin ilk şənbə və bazar günləri Xəzər dənizi sahilində baş tutacaq.

Turniri hər bir vətəndaş izləyə bilər.