|
Nazarov 90 dəqiqə meydanda oldu

Almaniya ikinci Bundesliqasında 22-ci turun oyunları keçirilir. 

Qol.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Aue” öz meydanında “İnqolştad”ı qəbul edib. 

Nazarov 90 dəqiqə meydanda olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Bununla da Nazarovun komandası 3 turdan sonra xal qazanıb. 

Qeyd edək ki, 22 turdan sonra 24 xalı olan “Aue” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.