|
Məşhur aktyorun 2 yaşlı oğlu öldü

Amerikalı komediya aktyoru Rob Denalinin 2 yaşlı oğlu dünyasını dəyişib.
Bu barədə 41 yaşlı aktyor İnstaqram hesabında məlumat verib. O, oğlu ilə çəkilmiş şəklini səhifəsində yerləşdirərək yazıb:
"Çox kədərli xəbərlərim var. Beyin şişi diaqnozu qoyulan 2 yaşlı oğlum Henri vəfat etdi. İndi çox pərişanam. Bu fəlakətdən baş çıxarmağa, ağlımı itirməməyə çalışıram. Bizimlə keçirdiyin vaxt üçün sənə təşəkkür edirəm, Henri. Sənin üçün çox darıxırıq".
Qeyd edək ki, Robun oğlu 2016-cı ildə doğulub.