|
Nişanlısının qarşısında şərt qoydu:

Bu il ailə qurmağa hazırlaşan aktrisa Amine Gülşenin qarşısında nişanlısı, futbolçu Mesut Özil şərt qoyub.
Mesut Ameniyə çəkiləcəyi serial, film və reklamlarda öpüşmə səhnələrini qadağan edib.

Müsahibələrindən birində futbolçu deyib:

"Almaniyada doğula bilərəm. Amma türk adət-ənənələri ilə böyümüşəm. Nişanlım Amine də bunu yaxşı bilir".

Qeyd edək ki, Amine Gülşe sonuncu dəfə 2015-ci ildə "Show TV"də yayımlanan "Asla vazgeçmem" serialında baş rol ifaçısı Tolgahan Sayışman ilə öpüşüb.